Fotosessiya
Salam əziz "Steemit Azerbaijan☪✔" ailəsi. Uzun müddət və böyük aradan sonra aranıza qayıtdım. Düzdür bu aralar başım çox qarışıq idi. Nə isə boş verək.
Əsas özümüz və canımızdır. Steemin qiymətidə heç qalxmır. Amma hər şey qalxdı.😉 Olsun mən yenədə pozitiv olmağa çalışıram. Gəzintimdən, əyləncəmdən qalmıram. Bu günün mövzusu isə mənim Fotosessiya'mdır. Havanın gözəlliyindən istifadə edib, dedim bir şəkil çəkdirim. Axı insana qalan gözəl və yadda qalan günlər olacaq.
Bir yaxın dostumuz var, ona öz fikrimi dedim.(Fotosessiya ilə bağlı). O da təbii ki, çox bəyəndi və bu da nəticəsi. Bilirsiniz mən heç vaxt xüsusi bir gün tanımıram, ona görə də mənim üçün hər günün öz özəlliyi, gözəlliyi var.
Bu yerdə dahi Bernard Snaw'ın sözü yadıma düşdü.
"Heç nəyi xüsusi bir gün üçün saxlamayın. Nəfəs ala bildiyiniz və yaşadığınız hər gün xüsusidir. Hər saniyə qiymətlidir, çünki vaxt əvəz olunmazdır"
Mən ümumiyyətlə dahilərin, məhşurların söz və kəlamlarından çox istifadə edirəm. Çünki bəzən deməzdim, hətta hər zaman yerində deyiləsi sözlər çox gözəl olur.
Məndən bu günlük bu qədər. Sizlərin hər birinə başda Rəvan bəy olmaqla paylaşdığım postuma verəcəyiniz qiymət və göstərəcəyiniz diqqətə görə minnətdarlığımı bildirirəm.
🇦🇿❤️