Bağayarpağı bitkisi.

in Steemit Azerbaijan☪✔3 years ago

Bütün Yer kürəsinə yayılmış 200-ə yaxın növü məlumdur. Onların çoxu alaq otudur. Azərbaycanda 14 növü yayılmışdır, bunlardan təbiətdə ən çox böyük bağayarpağından istifadə olunur. Bağayarpağı adi alaq bitkisi kimi Azərbaycanın bütün rayonlarında bitir.İkiillik ot bitkisi olub, qısa vertikal və çoxsaylı sapabənzər lifli kökləri vardır. Gövdə 15-45 sm olub, nazik şırımlı, hamar və dairəvi çiçəklərə malikdir. Yarpaqları dairəvi və ya ellipsəbənzər, bütövkənarlı və ya azdişcikli olub, qanadlıdır. Sünbül çiçəklərinin uzunluğu 5-37 sm- dir. Çiçəkləri kiçik, tacı bozumtul olub, qoltuq tumurcuqlarının üzərində oturur.

Screenshot_20220116-184524_Chrome.jpg

Yabanı və mədəni şəkildə əkilən bağayarpağının yarpaqlarını bitki çiçəkləyən dövrdə 3-4 ildən bir toplamaq lazımdır. Dərman məqsədilə bitkinin bütöv, sağlam yarpaqları toplanılmalıdır. Sonra xammalı parça və ya kağız üzərində nazik bir təbəqədə (3-5 sm) yaymalı, yaxşı ventiliyasiya edilən açıq çardaxlarda və ya quruducu şkafda 40-500C-də qurutmaq lazımdır.
Xammal hiqroskopik olduğundan rütublətli, nəmli yerlərdən uzaq tutulmalıdır. İşıqdan qorunan quru yerlərdə, parça kisələrə yığılmaqla saxlanılmalıdır. Saxlanılma müddəti 3 ildir.

Screenshot_20220116-184816_Chrome.jpg

İltihab əleyhinə və antiseptik təsir göstərir, bronx vəzilərinin sekresiyasını artırır, bəlğəmi yumşaldaraq tənəffüs yollarından evakuasiyasını asanlaşdırır. Şirəsinin xora əleyhinə və mədə sekresiyasını artırmaq xüsusiyyəti vardır. Kəskin və xroniki laringit, bronxit, bronxial astma, xroniki qastrit, mədə və onikibarmaq bağırsağın normal və ya sekresiyanın azalması ilə müşayiət olunan xora xəstəliyində, xroniki enterit, kolitdə təyin olunur. Elmi təbabətdə öskürəyə qarşı istifadə olunan preparatların tərkibinə daxil edilmişdir. Tərkibində aukubin adlanan qlikozid, polisaaxaridlər, flavonoidlər, aşı maddələri, alkaloidlərin izi, fitonsidlər, acı maddələri, karotin, askarbin turşusu və s. vardır. Bağayarpağı bitkisi hər bir yerdə bitir. Ot yığanlar ondan çox istifadə edirlər. Ln vitro növlü bağayarpağı sitotoksin keyfiyyətinə malikdir. Bağayarpağın tərkibində lyuteolin var, onun tərkibində fitokimyəvi maddə olduğuna görə yaxşı xərçəng əleyhinə təsiri var. Bağayarpağı sellülozla zəngindir, ona görə də qəbizlikdə faydası var. Bağayarpağı cövhərini heyvanlar üzərində yoxladılar və müəyyən oldu ki, o, sidik kisəsi, yumurtalıq, sümük, ağ ciyərin, mədə və limfo xərçənginin müalicəsində kömək edir.

Screenshot_20220116-184724_Chrome.jpg

Bağayarpağı faydalı müalicəvi bitkidir. Bu bitkinin müalicəvi xüsusiyyətləri tək xalq təbabətində deyil, ənənəvi təbabətdə də təsdiq olunub, bağayarpağı əsasında dərman preparatları hazırlanır.

Screenshot_20220116-184554_Chrome.jpg

Sort:  
 3 years ago 

image.png

Coin Marketplace

STEEM 0.17
TRX 0.13
JST 0.027
BTC 60911.15
ETH 2726.19
USDT 1.00
SBD 2.44