Uşaqlıq illəri😔

in Steemit Azerbaijan☪✔2 years ago (edited)

Salamlar olsun Steem əhlinə. Uzun bir aradan sonra aranıza qayıtdım. Amma tamam ayrı bir mövzuda. Birdən yadıma düşdü və məni bir anlıq da olsa kövrəldərək o illərə apardı. Bəli uşaqlıq illəri. Hansı ki, nə qayğı vardı, nə də bir öhdəlik. Hər günü oynamaq, əylənmək, sevincli keçirmək arzusu və istəyi ilə yaşayırdıq.

20220305_195735.jpg
Buludlardan adamlar, adamlardan mələklər, mələklərdən şirin gələcəklər düzəldən uşaqlar idik. Kimimiz əsgər, kimimiz polis, kimimiz həkim, kimimiz müəllim və daha kimlər olmaq istərdik😊. Bəlli idi biz 90-lar idik, Qarabağı tez-tez duyan uşaqlar idik, amma qonşuda bişən yeməyə talib, evimizdə dəmlənən çaya dəvətkar idik. Hamımız bir ailə, çoxumuz bir ev kimi idik. Çox gülər az ağlardıq. Tək kirlətdiyimiz paltarlarımız olar, könüllərimiz, ürəyimiz isə təmiz qalardı. İndi deyirik hanı o uşaqlıq. Kiçik şeylərdən böyük xoşbəxlik yaşayacaq qədər, əldə olanlara şükür, olmayanları dərt etməyəcək qədər yaşayan uşaqlar idik.

20220305_192011.jpg
Deyirəm o günləri arxada qoymuşuq. Piryanniklə, limonadla sevinən uşaqlar idik. Amma indi hamımız bığlı-saqqalı, evli ailəli adamlar olduq. İndi istədiyimiz adamları görmək üçün bir düyməyə toxunmaq kifayətdir. Amma nə olsun məsafələr kiçilsədə, ayrıqlar çoxaldı. Kiçik ev məclislərimiz böyüyərək, konsert zallarına çevrildi. Əlçatmazlar yaxın oldu, xoşbəxtliklər uzaq. İnsanlar maskalanmağa, əşyalar doğmalaşmağa başladı. Niyəmi belə oldu? Çünki insanlar var olmağı, sevməyi, bölüşməyi unutdu. Nə isə bu günlük məndən bu qədər özünüzü, yaxınlarınızı və doğmalarınızı sevin. Hamınıza təşəkkürümü bildirirəm🙏

Coin Marketplace

STEEM 0.21
TRX 0.20
JST 0.033
BTC 94693.28
ETH 3119.47
USDT 1.00
SBD 3.05