The Diary Game -Better Life Season 3 - 14 .09.2021 - Sürpriz görüş
Xoş gördük, əziz həmvətənlərim!
Bu gün sizə xoş təəssüratlarla yadda qalan bir günümüzdən bəhs edəcəyəm. Sürpriz görüşlü gündən.
Deməli, Almaniyada yaşayan qaynım qəfil zəng elədi ki, bəs gəlmişəm, İstanbuldayam. Bir iş təklifinə görə sənədləşmə var, imzalanacaq və s. İş yoldaşı ilə gəliblər. Dəvət olunan oteldə qalırlar və tezliklə qayıdaaqlar. Gəlin, görüşək)
Dedikləri otel də ta Avrupa yakasında...
Bahoo, hamımızın üzündə o məşhur ifadə: "Yapma birader!"
Türklər demiş, əlimiz ayağımıza girdi)
Alpayı gözlədik məktəbdən gəldi, içəri keçər-keçməz üst-başını dəyişib düzəldik yola)
Əvvəlcə metro ilə Kadıköy stansiyasına getdik. Oradan da Karaköyə qədər vapurla üzdük)
Vapurda birdən ağlıma gəldi ki, aaaa, bəs mən Steemit toplumumuz üçün şəkillər çəkməliyəm axı) Başladım yenə Alpayın baş-beynini aparmağa)
Karaköyə çatdıqdan sonra tramvay dayanacağına qədər yürüdük.
Dayanacaqda tramvayı gözləyərkən ətrafımıza nəzər saldıq. Alpaya dedim, Ayasofyanı görürsən? Dedi, hə. Dedim, daha nə gözləyirsən, yap bir fotoğraf) Alpay bala uzaqdakı Ayasofyanı yaxın edib belə bir foto əldə etdi)
İstiqamət Kabataşa idi. Tramvayla hardasa 3 dayanacaq.
Görüş yerimiz Kabataşdakı "Kahve dünyası" idi. Keyfiyyətli məhsulları və xoş dekorasiyası ilə məşhur olan "Kahve dünyası"...
İçərisi həmişəki kimi dolu idi. Qayınatam bir köşədə yer tapdı və yerləşdik.
Sonra məlum oldu ki, qaynımla iş yoldaşı bizdən 5 dəqiqə əvvəl tramvay dayanacağında olublar və hazırda bizi təqib edirlər, lap filmlərdəki kimi))
15 dəqiqə sonra onlar da gəldilər. Sarılmalar, qucaqlaşmalar, həsrət gidermələr başladı)
Qaynım proqramçıdır, eyni zamanda kitab redaktorudur. İş yoldaşı almandır. Türk dilində zar-zor danışsa da, ingilis dilini ana dili səviyyəsində bilir. Maraqlı insandır, Oliver də)
Sonra sifarişlərimizi verdik. Mənim kimi Amerikano içənlər də oldu, Alpayla amcası kimi soyuq qəhvə içənlər də)
Dedik, güldük, şənləndik)
Hədiyyələşməyi də unutmadıq. Qaynıma Türkiyədə çapdan çıxmış "Kadının üç çağı" romanımı hədiyyə etdim. Orda şəklini çəkməyi unutdum)
Qaynım da, öz növbəsində əliboş gəlməmişdi)
Sonra qaynımın və iş yoldaşının tez-tez saata baxmalarında başa düşdük ki, tərpənmək vaxtıdır)
Kafedən çıxmadan öncə hamısını kamera qarşısına düzdüm ki, xatirə fotosu çəkim)
Kafedən çıxdığımızda kedisevər oğlum yenə tapdı dostlarından)
Xoş təəssüratlarla "Kahve dünyası"ndan və kayınbiraderdən ayrıldıq. Dedilər, əgər iş görüşməsi uzansa, evə də gələcəyik) Sevindik)
Sonra isə yenidən eyni yolu geri qayıtmaq vardı. Vapurda yenə dinc dayanmadım, şəkillər çəkdim)
Yaxınlığımızdan bir düğün vapuru da keçdi, son anda yaxaladıq)
Beləcə, sürprizli görüş günümüz başa çatdı. Hər kəsə gözəl günlər arzulayıram!
Diqqətiniz üçün təşəkkürlər!
@ceylan xanım, sizdə normal şəkildə dərslər açıldı?
Bəli, @nurengizbagirova açıldı. Oğlumun sinfində 40 şagird var. Bu il daha da çoxalıblar. Dövlət məktəbidir.