#club100 🤗 // THE DİARY GAME Better Life. ||23.06.2022 🤗Hədəf Nəşrlərini ziyarət (100% beneficiaries for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago

Axşamınız xeyir, qrup əhli! Necəsiniz?
Nə var, nə yox? İnvestisiyamızda artış varmı?)
Bu gün Hədəf Nəşrlərinə aldığımız dəvət və o məkanı axtarıb tapmağımızdan danışacağam.

36ddf461-e386-445d-8fee-8b2a67093a7b.jpg

Əvvəlcə Hədəf Nəşrləri ilə qısaca tanışlığımızdan bir neçə kəlmə...
Bildiyiniz kimi, ilk kitabımın nəşr olunması facebook "Kitabsevərlər" qrupunun fəaliyyəti nəticəsində ərsəyə gəlmişdi və həmin vaxt qrupun rəhbərlərindən biri də Səbuhi Şahmursoy idi. Sonra Səbuhi bəy Hədəf Nəşriyyatına direktor təyin edildi. Bir neçə müddət sonra mənə motivasiya tipli kitab yazılması haqqında təklif etdi. Mən də təklifi dəyərləndirib "Sev və İnan" adlı kitabımı yazdım. Hazırda kitabımızın ikinci nəşri işıq üzü görüb.

d8a1c930-ed39-43da-8ff2-18b5fef1c367.jpg

Hədəf Nəşrlərinə dəvətimizə görə, biz orada nahardan sonra olmalıydıq. Bu səbəbdən saat 12:00-da yola çıxdıq. Əvvəlcə evimizdən Sumqayıt avtovağzalına getdik, oradan da ford minibüslərindən birinə minib Bakıya, 20 yanvara getdik. Yolda Hədəf nəşrlərinin direktor müavini Cavid Qədirdən yol tarifini istədik, o da səsli mesajla başa saldı. Ancaq biz səhvən Bravo marketin yanından ötüb gözümüzə görünən Hədəf liseyinə getdik) Alpay bala yenə iş adamı moduna girmişdi)

dc227502-b326-4add-9d81-1c92be0f4866.jpg

Orada axtardığımızı tapmayıb kor-peşman geri qayıtdıq) Bu səfər telefonda interneti aktiv edib xəritəni açdıq və konuma görə hərəkət etdik. Məlum oldu ki, Bravo marketin yanından başqa bir yol da ayrılırmış və o yolla Azərİşıqa doğru aşağı düşəndə düz Hədəf Nəşrlərinin qapısına çıxırsan.
Nəhayət, görüş yerimizə gəlib çıxdıq. Binaya daxil olub, qapıçıya özümüzü təqdim etdik və üçüncü mərtəbəyə qalxdıq. Otaqlardan birində Hədəf Nəşrlərinin gözəl komandası bizi gözləyirdi. Salamlaşıb görüşdük, çay içdik. Keçmişdən, gələcəkdən danışdıq. Bir köşəsində (Psixotrap rubrikası) yazılarım dərc olunan "Ustad" dərgisi də ortalığa gətirildi. Çox sevindim. Həmişə dijital gördüyüm dərgini kağız formatında vərəqləməyin zövqü başqa idi.

96673c03-b525-4878-a100-b5c2ede92b26.jpg

Səbuhi və Cavid bəylə gələcək planlardan danışıb sağollaşdıq, çıxarkən "Ustad" dərgisi üçün yazdığım son yazıma görə də kiçik qonorarımı alıb yenidən yola düzəldik.
Asfaltın üstünü yalayan isti bizi də ağuşuna aldı və elə qəşəng yaladı ki, hər yerimizi bir-birinə yapışdı) Qurduğum cümləyə bax da)

Axşam evə çatdığımızda yorğunluqdan bir təhər olmuşduq. Buna baxmayaraq xoş təəssüratlarla dolu idik. Hava qaralanda bağımızda sərin meh əsməyə başladı. Ailəcə masa arxasına oturub çaylarımız içdik, tumdan çırtladıq, ordan-burdan söhbət etdik, zarafatlaşdıq, sonra da yıxılıb yatdıq)

Coin Marketplace

STEEM 0.18
TRX 0.15
JST 0.029
BTC 62170.06
ETH 2415.65
USDT 1.00
SBD 2.65