Greencard haqqında. Greencard nədir?

in Steemit Azerbaijan☪✔3 years ago

4590A627-2C59-46AF-915F-3BFCD7BB55D5.jpeg

Hər kəsə salamlar. Bu gün istərdim ətraflı və geniş greencard barəsində danışım. Greencard nədir? Nə üçün istifadə olunur, kimlərə lazımdı, xeyiri nədi, lazımdımı bizə, dəyərmi, oyundumu yoxsa gərçək. Bu barədə çox araşdırmam və canlı şahidlərim var. Ona görədə sizinlə bu məsələni bölüşməyə özümə borç bildim. Sözün düzü əvvəllər çox elədə meyilim yox idi soyuq yanaşırdım. Hardasa sizlərə 10 il bundan qabağı deyirəm. İstəmirdim heç maraqlanım belə. Çünki hər şey yaxşı idi. Lakin vaxt keçdikçə mənə yaxın adamım tərəfindən bu kartın üstünlükləri barədə danışdıqça düşünməyə başladım. Bir gün özümə dedimki araşdırım görüm nə tapa bilərəm. Ətraflı araşdırdım. İllərnən izlədim, dinlədim, araşdırdım. Rusların bir deyimi var: “ Доверяй но проверяй».

0D9E8AA8-9D06-448A-BC8A-19DBF33A0745.jpeg

Greencard ildə bir dəfə lotoreya kimi oynanılır. Hər il oktyabr ayında sənədləri doldurursan. Həmin ilin may ayında cavablar çıxır. Yəni sən əgər təksənsə, yəni evli deyilsənsə tək sənin barəndə sənədlər doldurulur. Yox əgər evli və ya ərdəsənsə sənin və yoldaşının sənədləri doldurulur. Uşaqlar varsa onlarında adları qeyd olunur. Mütləq şəkil, xarici pasport olmalıdır ki, ordakı seriya nömrəsi blanka yazılır. Uşaqların xarici pasportu olmasada olar udandan sonra alarsınız. Esas böyüklərin xarici pasportu olsun. Ailə üzvü olaraq birinində qeydiyyatdan keçməsi olar. Lakin iksinində keçməsi udma şansını ikiyə vurur. Yəni kişi udursa yoldaşı birdə uşaqlarına düşür və ya qadın udursa yoldaşına birdə uşaqlara düşür. Əgər uşaqlar 18 yaşdan böyükdürsə onlar valideyinlərin üstündə getmirlər. Onda gərək onlar ayrıça blankı doldursunlar. Doldurduqdan sonra greencard səhifəsi hər bir iştirakçıya kod verir o kodu itirməyin. Çünki may ayında o kod vasitəsi ilə yoxlayacaqsız. Əgər qalib olmadızsa problem deyil hər il oynaya bilərsiz. Yox əgər qalib gəldizsə İnşallah bununla hər şey bitmir əksinə hər şey yeni başlayır.

64E70018-8CE4-4414-876A-726D072F8992.jpeg

Qalib olduqdan sonra sizə və ailə üzvlərivizə hansı sənədləri toplamaq və hansı tarixdə saat neçədə Gürcüstanda yerləşən Amerika səfirliyində olmağı bildirəcəklər. Hər bir sənədi əldə etdikdən sonra ingilis dilinə tərcümə edib notariusda təsdiq etmək lazımdır. Sonra isə lazım olan peyvəndləri ABŞ-ın burda yerləşən klinikasında vurdurmaq lazımdır. Əlbətdəki bunlar hamısı pulludur. Vaxt yetişdikdə Gürcüstana üz tutmaq lazım gəlir. Səfirliyə daxil olarkən hər bir ailə üzvünüzə görə 300$ ödəyirsiniz. Vaxtınız çatanda səfir sizi qəbul edir. Hansı dildə danışaçağınızı sizdən soruşur. Rus, ingilis və s. Sizə rahat olan dili seçirsiniz. Səfir ancaq qalib olan şəxsə suallar verir. Hər tərəfli suallar ola bilər. Məktəbdən, universitetdən və s. Hər şey onu qane edərsə sizi təbrik edirəm və sabah gəlin sənədlərinizi götürün deyər.
Bununlada sizləri təbrik etməyə dəyər. Hamıya uğurlar.

https://images.app.goo.gl/myW77uqGPmnj8JoQ7

https://images.app.goo.gl/mbNQkCuCvaoAN4Z38

https://images.app.goo.gl/XGQanRCzLw7hub6EA

Coin Marketplace

STEEM 0.18
TRX 0.15
JST 0.029
BTC 62170.06
ETH 2415.65
USDT 1.00
SBD 2.65