Ünsiyyət

in Steemit Azerbaijan☪✔3 years ago

Bunu hamımız bilirik ki dil ünsiyyət vasitəsidir. İnsanlar biri birinə fikirlərini, düşüncələrini, ehtiyaclarını dil vasitəsi ilə edirlər. Ama bəzən elə hallar da olur ki, eyni dildə danışırıq, ancaq ki bir birimizi başa düşmürük. Bəlkə də heç, dil önəm li deyil? Əsas anlamaqdı başa düşməkdi? Yada ki elə anlamaq da, başa düşmək də dil qədər önəmlidir.
Türkiyədə Qara dəniz sahilində "Quş kəndi" (Kuş köy) deyilən bir kənd var. Orda adamlar bir biri ilə fit çalaraq danışa, anlaşa bilirlər. Uzaq məsafəyə qışqıraraq, zəng edərək danışmırlar. Bunu Fit çalmaqla edirlər.
Ruhi Çenetin bu haqda You tube de paylaşımı var. İstəsəniz baxa bilərsiz.

mqdefault.jpg

Nəysə mövziya davam..
Dil barəsində, anlamaq anlamamaq barədə, dialektimizdə bir deyim də var. Əgər biri başqa cür danışanda, ya da nəsə "hətələn- pətələn" danışanda deyilir ki; " Deyəsən sən uje mənimlə urusca danışırsan!?🤷‍♂️"
Gələk cəmiyyətin yaralı yerinə. Ailədə baş verən "arvad dır-dırına, kişi donquldanmasına"))
Belə durumda hər iki tərəf danışır, özü də eyni dildə danışır haa. Ama di gəl ki, heç kim bir birini başa düşmür.

62c4ae9e-c0d8-4cab-8d6b-8b13bf522541-m.jpg

d271f51d-b337-476e-ad2a-670c2328ec8a-m.jpg

"Gen dərədən" gəlməkdə sözümün canı var. Çox dövlətlərin yuxarıdan aşağı baxdıqları Nigeriya dövlətini bilirik, azından eşitmişik.
Bu gözəlim məmləkətdə bir bir kənd var, Ubang kəndi. Bu kəndin camahatı çörəyini əkin biçindən çıxardan kənddi. Burda qeyri adi heşzad yoxdu. Qeyri adiliyi ondadır ki, bu kəndin kişiləri başqa dildə danışır, qadınları başqa dildə.

ubang.jpg

Və ən əsası odur ki başqa dillərdə danışsalarda biri birilərini başa düşürlər. Bəlkə fikirləşəcəksiz ki doğulan uşaq bəs hansı dili öyrənir, hansı dildə danışır? Bütün canlılarda yeni doğulan uşağın qayğısıyla, nəvazişiylə əsasən Ana məşğul olduğuna görə, doğulan körpə oğlan da olsa, o ilk öncə Anasının dilində, "qadın dilində" danışır.
Bizim "arvad-arvad danışma əə" sözü orda babat işdiyər...
Sonradan artıq böyüyüb "tüklənmə" yaşına çata çatda "Ataların yoluyla" misalına sadiq qalıb başlıyırlar Papalarının dilində danışmağa...Bu qədər

Harda olursunuzsa olun həmişə qarşınıza sizi duyan, sizi anlayan insanlar çıxsın. Özünüzdən müğayət olun))

İmage

İmage

İmage

İmage

Coin Marketplace

STEEM 0.16
TRX 0.16
JST 0.028
BTC 60732.06
ETH 2345.63
USDT 1.00
SBD 2.46