“Cənnət xurması” 🍑– xirnik və korolyokun 🍑möcüzəli faydaları
Payız mövsümünün ən faydalı meyvələrdən biri də xurmadır. Xurma latın dilində “Tanrıların meyvəsi” adlanır. Bir çox ölkələrdə isə bu meyvəyə “cənnət xurması” deyirlər.
Azərbaycanda bu meyvənin əsasən korolyok və xirnik növləri yetişdirilir. Ölkəmizdə bu meyvə daha çox Lənkəran zonasında, Göyçay, Ağdaş, Ağdam, Gəncə, Balakən və Zaqatala rayonlarında olur. Ölkəmizdəki xurmanın tərkibində yod birləşmələri çox olduğundan onun mühüm müalicəvi əhəmiyyəti var, xüsusən də zob xəstəliyində...
xurma həmçinin mədə və bağırsaq xəstəlikləri üçün də dərman qədər əhəmiyyətə malikdir. Meyvənin tərkibindəki pektin maddəsi həzmi yaxşılaşdırır, mədəni gücləndirir, qastritin qarşısını ala bilir. Bağırsaq iltihabının sağalmasına çox mühüm təsir göstərir. Ürək-damar sistemi xəstəliklərinin müalicəsində istifadə edilir. Orqanizmi xərçəng xəstəliyindən qoruyur. Beyni gücləndirir. Öskürəyin ən yaxşı dərmanıdır. Yəni, meyvə olaraq ən yaxşı sinə dərmanı hesab olunur. Xurma bəlğəmə, nəfəs borusuna təsir göstərir. Qan damarlarını yumşaldır və damar sərtliyinin qarşısını alır. Eyni zamanda qanı təmizləyir, təzyiqi tənzimləyir. Yodla zəngin olan xurma qaraciyər və görmə qabiliyyətinə də müsbət təsir göstərir. Xurma sidikqovucu təsirə də malikdir. Əsəb sisteminə müsbət təsir göstərir və işgüzarlığı artırır. Həkimlər varikozdan əziyyət çəkən xəstələrə xurma yeməyi tövsiyə edirlər.
Həmçinin bu meyvənin içərisində vitamin C, qan artırıcı elementlər var. Meyvənin ödqovucu təsirləri var, həzm sistemini yaxşılaşdırır, immuniteti gücləndirir, qara ciyər üçün əhəmiyyətlidir və s... İshala meyli olan adamlara yaxşı təsir edir. Bundan əlavə onu mövsüm vaxtı qəbul etmək daha əhəmiyyətlidir, xüsusilə də qabıqlı şəkildə... Qış mövsümündə isə adətən, onun qurudulmuş formasından istifadə edilir. Bildiyiniz kimi, Azərbaycanda xurmanın daha çox iki forması yayılıb, xirnik və korolyok... Yadda saxlamaq lazımdır ki, yod daha çox korolyokdadır”.🍑🍑🍑
Her kese saqlam yaşamaqı arzu edirem. 💃🕺