Baş ağrısı olmasın

in Steemit Azerbaijan☪✔3 years ago

Türkiyənin "Uşak" adlı bir şəhəri var. Bu şəhərdə Osman adında bir kişi yaşayırmış. Yeri gəlmişkən haqqında yazdığım əhvəlat gerçək yaşanmış hekayədir.

usak.jpg

Günlərin birində Osman əfəndi üstüvüzə sağlıq, bir səhər dəhşətli başı ağrısı ilə oyanır.
Dərman qəbul edir, keçmir. Bir-iki gün gözləyir ki bəlkə keçər, ama ağrı davam edir.
Həkim çağırılır. Həkim müayinə edir, bir şey başa düşmür, bizim "skoro pomoşlar" kimi ağrıkəsici verir çıxır gedir. Bununla belə, Osman Əfəndinin baş ağrısı kısmək bilmir, artmaqda davam edir.
Üstəlik, baş ağrısından başqa, gözləri də sulanmağa başlayır. Başqa həkimlər çağırılır... Ama nətəri deyərlər " olmayanda olmur" .
Osman Əfəndi dərdinə əlac edənə sərvət vəd edir. Həkimlərin heç biri ağrının qarşısını ala bilmir, səbəbini tapa bilmir. Ailə, külfət qarışır bir-birinə. Və gecələr baş ağrısından yata bilməyən Osman Əfəndini İstanbula aparmaq qərarına gəlirlər.

1_14932_02.jpg

İstanbulun ən yaxşı həkimləri səfərbər olur. Bu nədi rentgen, bu nədi uzi, beyin tomoqrafiyası çəkilir, analizlər götürülür... Nəticə: Osman Əfəndi turp kimidir. Ancaq ki günü gündən artan baş ağrısı Osman kişini əldən haldan salıb, həyatı zəhrimara dönüb.
Ağrı kəsicilərlə yaşayan Osman Əfəndi bu dəfə xaricə aparası olurlar. Xaric dediyimizdə İsveçrə – Sürix.

İsviçre-1.jpg

Həftələrlə xəstəxanada qalırlar, onlarla professorla məsləhətləşmələr aparılır, testlər təkrarlanır.
Osman Əfəndiyə diaqnoz qoymaq mümkün deyil. Artıq ağrıdan əldən düşən, ayağa qalxa bilməyən Osman Əfəndiyə ağrıkəsici verilir, ölkəsinə qayıdıb "dincəlməyi", daha doğrusu son günlərini evdə keçirməyi məsləhət görürlər. Osman əfəndi dərdinə dərman tapmadan qayıdıb gəlir öz şəhərinə.
Osman kişi dağ evində öz otağında, ağrıkəsicilərlə ölümü gözləməyə başlayır. Bir gün Osman əfəndinin keçmiş bərbəri Bərbər Mehmet usata xəstəni təraş etmək, həm də həmdə könlünü almaq üçün çağırılır. Bərbər yataqdan qalxa bilməyən Osman Əfəndinin üzünü qırxarkən kişi dərdini danışır, ölümü gözlədiyini deyir.

indir (1).jpeg

Bərbər Mehmet bir anlıq fikirləşir. "Ay qardaş, bəlkə sənin burnunda tük dönməsi var"? deyir. Baxır və dediyi kimi olduğun görür. Çantasından lazım olan alətləri götürür, Osman kişinin qışqırığına məhəl qoymadan tükü dartıb çıxardır. Kişinin fəryad fiğanına ev camaatı otağa qaçır.
Bərbər Mehmet ustanı kişinin burnundan qopartdığı 20 sm-lik tüklə birlikdə, sürütdüyüb atırlar bayıra.

Osman Əfəndinin qanayan burnuna odekolon, tampon.... kişini təzədən uzandırırlar yatağına. Səhəri gün Osman Əfəndi aylar sonra ilk dəfə rahat şəkildə yuxudan oyanır. Nə başı ağrıyır, nədə ki gözləri sulanır. Baş ağrısından əsər-əlamət yoxdu. Sonradan həkimlər fırlanıb tərs bitən tükün uzanaraq sinirə toxunduğunu və dözülməz ağrılara səbəb olduğunu aşkar edirlər. Heç kim xəstəliyin həllini bu qədər sadə ola biləcəyini düşünmürdü. Sağlam ayağa qalxan Osman Əfəndi Bərbər Mehmeti yanına çağırır üzürxaqlığını edir və ona vəd etdiyi sərvəti bağışlayır.

Gələk vacib məsələyə, hekayədən çıxarılacaq paya.

• Əşşi deyib keçmək olmaz. Qarşındakı insandı, fikirləri var, dinləmək lazımdır.

• Əgər öz fikriniz yoxdursa, şərh verməyin. Heç kimi küçümsəmək olmaz, əksinə fikrinə hörmətlə yanaşıb qiymətləndirmək lazımdır.

İmage

İmage

İmage

İmage

Coin Marketplace

STEEM 0.16
TRX 0.16
JST 0.028
BTC 60732.06
ETH 2345.63
USDT 1.00
SBD 2.46