Ruhumuzun dedikləri. (100 % beneficiares for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago

İnsanı iki təsəvvür edin. Ruh və cisim kimi. Bir də sıxıntılara girmiş bir cisim təsəvvür edin. Depressiyalara girmiş bir cisim. O cismin ruhu bilirsiniz ona nə deyir? "Mən artıq yorulmuşam, bu personaj məni incidir, mənim dəyişməyə ehtiyacım var." İnsan ruhunun bədəni ilə savaşdığı o müddət depressiya müddətidi. Nə qədər çəkəcəyi bəlli olmaz.

IMG-20220703-WA0027.jpg

Bəs necə xoşbəxt olmalı. Artıq yaşının yetmişinci illərinə doğru irəliləyən birisi bunu belə izah edir. Sadə, əməl edilməsi rahat olan həqiqətlər:
Öz yetişdirdiyi meyvəsini, tərəvəzini, deyək ki ərzağını satan adamlarla qiymət davası döyməməli. Bəlkə övladının təhsil haqqını verəcək, ya nəvəsinə çox arzuladığı velosipedi alacaq.
Sürücülərlə də qiymət mübahisəsi eləməməli. Bir dəfə bir yolu gedəndə nə qədər yoruluruq. İnsan eyni yolu hər gün ailəsinə çörək aparmaq səbəbinə maşın sürür.
Öz xatirələrini təkrar - təkrar söhbət edən yaşlılara "mən bunu eşitmişəm, dinləmək istəmirəm" - deməməli. İnsan bəlkə illərlə qəlbini deşən o xatirələrlə yaşamaq istəyir.
İnsanların səhvlərini (səhv hesab etdiyim şeyləri) düzəltməklə sürəkli onlarla mübahisə etməyi. Hamını mükəmməl bir şəklə salmaq vəzifəsi mənim boynumun borcu deyil.
Çoxlu gözəl şeylər söyləmək insanlara.
Geyimimdən utanmamaq. Geyim bir insanın kişiliyini xarakterizə eləmir. Necə olsa, ağzını acan kimi kimliyi bəlli olur insanın.
Duyğularıma azadlıq vermək. Mənim hisslərim mənim özəlimdir. Onların da var olmaq haqqı var.
Gözəl düşünmək, gözəl görmək.

IMG_20220702_200423.jpg

Bəli. Hər yerdə gözəllik axtarmaq, hər şeyi gözəl görmək. Çünki o gözəlliyi yaradan insan sənin üçün əziyyət çəkib. Zəhmətə dəyər vermək.

IMG_20220702_185726.jpg

Və ən başlıcası, insanları sevmək. Və hər gün son gününmüş kimi yaşamaq...

Coin Marketplace

STEEM 0.18
TRX 0.14
JST 0.030
BTC 58617.29
ETH 3164.87
USDT 1.00
SBD 2.44