//Club5050// Şəhər, yoxsa kənd? (100% beneficiaries for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago

Salam, hər vaxtınız xeyir. Necəsiniz? Həyat həmişə qarşı-qarşıya duran qüvvələrin, durumların mübarizəsi ilə keçir. Hər zaman əks olan bir şeylər var həyatımızda. Varlılar və kasıblar, yaşlılar və gənclər, qadınlar və kişilər, kafirlər və dindarlar və nəhayət kəndlilər və şəhərlilər. Sonuncuda dayanmaq istəyirəm. Birmənalı şəkildə bəyan edirəm ki, şəhərlilər kəndliləri heç vaxt bəyənmir. Onların fikrincə kəndlilər mədəniyyətdən uzaq, dünyadan baş çıxartmayan, yeniliklərə açıq olmayan insanlardı. Kəndlilər də elə hesab edirlər ki, şəhərlilər milli mənəvi dəyərlərimizə hörmət etməyən ( bunu geyim cəhətdən izah edirlər), lovğa, özünü bəyənən və eyni zamanda hər şeydən xəbəri olan, müasir düşüncəli insanlardı.
Şəhər nədir?

IMG-20220720-WA0026.jpg

IMG-20220720-WA0027.jpg

Mənim düşüncəmə görə şəhər ilk öncə rahatlıqdır. Məsələn, adicə alış veriş rahatlığı. İstədiyin hər şeyə ulaşa bilmə rahatlığı. Şəhər böyüklükdü. Uca binalar, sıx məhəllələr, geniş prospektlər, bir sözlə, böyük insan kütləsinin məskunlaşdığı bir məkan.

IMG-20220720-WA0029.jpg

Şəhər dövlətin göstərgəsidi. Dünyanın ən böyük dövlətləri və ən böyük şəhərləri var. Bayrağımızın sancıldığı meydandı şəhər. Fikir vermisinizmi, bizim bayrağımız nə qədər gözəldi. Şəhərə yola düşənlər bu bayrağın altından dəfələrlə keçmiş olarlar. Bundan əlavə şəhər mədəniyyəti deyilən bir məfhum var. Eşitmiş olarsınız. Bu yaxınlarda mənə sosial şəbəkələrdən birində bir mübahisə rast düşdü. Klassik şəhər və kənd adamının xüsusiyyətləri haqqında. Axırda davaya qədər gedib çıxdı bu mübahisə. Hə, bir də kəndçi sözü var. Məncə, kəndli ilə kəndçi arasında çox böyük bir fərq var. Axtarsanız, illərlə şəhərdə yaşayıb zehniyyətinə görə kəndçi olanlar da az deyil. Yəni bunun məkanla yaxından uzaqdan əlaqəsi yoxdu. İctimai yerlərdə birgə yaşayış qaydalarını yeri gəldi, gəlmədi pozan, qışqıran, yerə zibil atan, söyüş söyən hər kəs kəndçidi. Çalışın kəndli, şəhərli olun, amma "kəndçi" olmayın. Sayğılar, sevgilərlə @aydanismayil

Sort:  
 2 years ago 

Best of luck...

Coin Marketplace

STEEM 0.18
TRX 0.15
JST 0.029
BTC 62153.21
ETH 2411.09
USDT 1.00
SBD 2.64