#club5050 //Şəhər gecələri, kənd gecələri.(100% beneficiaries for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago (edited)

Salam, axşamınız xeyir olsun. Nə var, nə yox? Bir yaxın adam vardı, deyərdi ki, insana insan lazımdı. Yoxsa hərə gedib bir dağın başında yaşayardı. Bəli, insana sevgini də insan verir, nifrəti də. Hə, bir də dahilərdən biri söyləmişdi ki, ən məcburi sevgi qohumlar arasında olan sevgidi. Əgər ona sevgi demək olarsa. Mənim fikrimcə, insan bu həyatda heç bir şeyə dözməməlidi. Dözüb dayanmaq, dözüm getməmək, dözüb yaşamaq. Əgər yaşamın içində nəyəsə dözmək varsa, o artıq yaşam deyil. Mövzu insandır. Şəhər insanı, kənd insanı. Şəhər insanı şəhər gündüzləri, şəhər gecələri kimidi. Açıq təbiətli, sərbəst.

IMG-20220525-WA0048.jpg

Şəhər gecələrinin müddəti, vaxtı da kənd gecəsi kimi deyil. Gecənin bir yarısından başlayar, gündüz on ikilərə qədər çəkər. Bu da ondan doğur ki, bütün gün işdə, dərsdə olan şəhər adamı istirahərini gecəyə saxlayır və əlbəttə ki, çox zaman evinin dörd divarı arasında yox. Odur ki, şəhər gecələri izdihamlıdı.

IMG-20220525-WA0034.jpg

IMG-20220525-WA0033.jpg

Bəs kənd gecələri? Arada bərədə çaqqal səsi, it ulaşmasını nəzərə almasaq, səssizlikdən qulaq tutulur. Bütün gün əlləşən kənd adamı gecə olan kimi özünü güclə evə salır, bir qismət Allah verəndən yeyib, televizorda Xoşqədəmlə ağlayıb, Zaurla gülüb özünü atır yerinə. Gecə də oralarda yetim qalır.

IMG-20220524-WA0013.jpg

IMG-20220524-WA0022.jpg

IMG-20220524-WA0025.jpg

Bu günlərdə həyatdan olan bir hadisə haqqında oxumuşdum. Deməli, Afrika dövlətlərində səyahətdə olan bir nəfər bir kəndə gəlib çıxır. Kənd adamları həqiqətən çox kasıb imişlər. Adam kəndin uşaqlarını bir yerə toplayır, bir az aralıda səbətdə alma qoyur. Uşaqlara deyir ki kim qaçıb səbətdəki almaya birinci çatsa almalar onun olacaq. Bu zaman səyyahın ağlının ucundan belə keçməyən bir hadisə baş verir. Uşaqlar əl ələ tutub hamısı bir yerdə almaya doğru qaçırlar. Adam mat qalır, səbəbini soruşanda uşaqlar cavab verirlər ki, əgər bizdən birimiz almanı yeyib o birimiz baxırıqsa, o alma boğazımızdan keçməz. Heç savadı olmayan, ömründə kitab - dəftər üzü açmayan qaradərili uşaqlar səyyaha elə bir həyat dərsi verirlər ki, anlayır ki, bu dərs bir ömür boyu yadından çıxmayacaqdı.Belə.Yaşamı biz belə sortlaşdırmışıq. Bir birini bəyənməyən zümrələr, həyat tərzləri. Hər biri özü özlüyündə gözəldir. Kənd də bizimdi, şəhər də bizimdi. Çalışıb mehriban yaşamaq lazımdı. İnsanları sevmək, onları bağışlamaq. Bu qədər. Bağışlayın. Rugunuzu rahatlatmaq, üçün bağışlayın.
Diqqətiniz üçün təşəkkürlər.

IMG-20220527-WA0046.jpg

Sort:  

Congratulations!

Your quality content qualifies the Steem Global Curators guidelines.

PicsArt_05-07-08.12.13.jpg

Your post is upvoted using @steemcurator06 account by @baycan. Continue making quality content for more support.

Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.029
BTC 61986.52
ETH 2406.81
USDT 1.00
SBD 2.65