❤️Club5050❤️ Bizim meşəmiz var, onlarınsa dənizi. (100% beneficiares for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago

Salam, hər vaxtınız xeyir olsun. Necəsiniz? Avqustu qaynayıb qarışma ayı hesab eləmək olar. Fikrimi açıqlayım. Məsələn, bu gün qəsəbədə çox alış-veriş etdiyim marketə girmişəm. Ayağında şəpik (oxu: şəpətkə, domaşnik, çəkələk, tərlik), altından da yun corab olan bir kənd qadını, yanında da 5-6 yaşlarında bir oğlan uşağı marketdə gəzib dolaşır. Uşaq anasından asılıb ki, ana, mənə saqqız al. Bir də o aldığın tutkadan (tutku demək istəyir) bir dənəsini mənə verərsən? Qadının əlində bir manat var, vurnuxa - vurnuxa qalıb ki, bu bir manata ləyaxlı nə alsın. Mən də acı - acı baxıram. Elə bu zaman marketə bir ailə də daxil olur. Blatnoy bir baba, dərin dekolteli bir gəlin. Nənə də şortikdə, alış- veriş edirlər. Aldıqları abur-cuburlar elə sadə bir kənd adamının yarım aylıq maaşı qədər olar. Çıxarıb bahalı inomarkaya yığırlar. Yun corablı gəlinin ürəyini oxuyuram. "Nolsun, bizim də dağımız var, meşəmiz var." İstəyirəm bərkdən qışqıram ki, nolsun, onların da dənizi var:)

IMG-20220729-WA0062.jpg

IMG-20220729-WA0063.jpg

IMG-20220729-WA0061.jpg

Hə vallah, onların da dənizi var. O gün "Güldür, Güldür" şou proqramına baxıram. Deməli mövzu nədi? Xoşbəxtliyin pulda, mal dövlətdə olmamasını sübut eləmək istəyən birinin dramı. Razıyam, xoşbəxtlik malda, pulda deyil. Amma onlar olmayanda da xoşbəxt olmaq olmur axı. Neynirəm qızıl teşti ki, içinə qan qusam məsəli lafın gəlişi deyilən sözdü. İnsanın özünü insan kimi hiss etməsi üçün maddiyyatın çox böyük rolu var.
Dənizdən deyirdim axı. Yayda dənizin tayı-bərabəri yoxdu. Kaş ki, dənizə yalnız dincəlmək, zövq almaq üçün gələlər. Kaş ki, dənizi hasarlamayalar. Kaş ki, dənizin kənarında sevgi etirafları səslənə. Kaş ki, dənizin sahilində bir yaşlı nənə, ya baba ovcunda gətirdiyi çörək qırıntıları ilə göyərçinləri, qağayıları yemləyə.
Bir də axı dəniz bizim çörək təknəmizdi
İstisinə isinmədiyimiz, tüstüsünə kor olduğumuz qazımızın, neftimizin ana ocağı, ata vətəni dənizimiz. Eyyub Yaqubob onda deyir ha, mənə dəniz verin. Dəniz hamımızındı, bizə dəniz verin. Bu qədər. Oxuduğunuz üçün təşəkkürlər.
@aydanismayil

Coin Marketplace

STEEM 0.18
TRX 0.14
JST 0.030
BTC 58617.29
ETH 3164.87
USDT 1.00
SBD 2.44