Bibərin də acısı. (100% beneficiaries for Steemit Azerbaijan)

in Steemit Azerbaijan☪✔2 years ago

Salam, hər vaxtınız xeyir olsun. Acılı yeməkləri sevirsiniz? Mən, məsələn, sevirəm. Təbii ki, ölçüsündə. Bu il həyətdə əkdiyimiz bibərlərin acı olması ilə bir bağlantısı yoxdu.

IMG_20220811_180506.jpg

Bu il bazardan şirin bibər adına alıb əkdiyim bibərlər acı çıxdı. Biz də millət olaraq acını çox da sevmirik. Bir iki il qabaq Pakistandan qonağımız gəlmişdi. O tərəflər düyü sevəndilər. Yemək bişirdilər və bizə də pay ayırdılar. Qırmızı souslu düyü adama gəl-gəl deyirdi. Birinci qaşığı ağzıma qoyan kimi elə bil ağzımda tonqal qaladılar. Düyüyə o qədər acı vurmuşdular ki, elə baxanda adamın ağzı yanırdı. Amma həkimlər acı bibərdən istifadə etməyin faydaları haqqında çox danışırlar. Təbii antioksidant hesab olunur.

IMG_20220811_180459.jpg

IMG_20220811_180451.jpg

Odur ki, bibərlərin acı çıxdığını görüb o qədər də pis olmadım. Sağlam bədəndə sağlam ruh olar. Oxuduğunuz üçün təşəkkürlər.

Coin Marketplace

STEEM 0.18
TRX 0.14
JST 0.030
BTC 59238.58
ETH 3176.28
USDT 1.00
SBD 2.45