İşdən sonrakı yorğunluq və bitkinlik :/

İş saatı nə qədər olur olsun, işə gedirsənsə, yorulursan. Günün təxminən 6 saatı işdə oluram. Nə qədər az zaman olsa da, o qədər xırda-xırda tapşırıqlar verilir ki, insanın başı şişir müqayisələr aparmaqdan, hansını çatdıracağına qərər vermək prosesindən.

pexels-tim-gouw-52608.jpg
Link to Photos

İşə gedəsən, bir konkret işin ola, biləsən ki, işin budur, 6 saatını ona sərf edib, geri gələsən. Yoxsa işə get, işdə başqa iş çıxsın, ordan başqa iş çıxsın...

Bu tip döngü insanı həqiqətən, bitirir. Evə gələndə də leş kimi qalırsan. Bədən bir qırağa baş ağrısı insanı bezdirir.

pexels-pixabay-271897.jpg
Link to Photos

Hər şeyə rəğmən həyatımı bir məqsədə bağlamağım nə olur olsun, mənə güc verir. Hər dəfə çətinə düşəndə səbr etməli olduğumu, boş verib davam etmək lazım olduğunu xatırlayıram!

Coin Marketplace

STEEM 0.21
TRX 0.20
JST 0.033
BTC 94798.39
ETH 3128.70
USDT 1.00
SBD 3.04