Adını bilən yazsın || Tük ürpərdici hörümçək

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Deməli, iki gün öncə idi. İşdən yorğun gəlmişəm, hələ evə çıxmamışam, həyətdəyəm. Birdən gördüm ki, ən yaxın dostlarımdan biri velosipedlə yoldan gedir. Danışdıq, sən demə, gəzintiyə çıxıbmış. Təklif etdi ki, gəlmək istəyirsən, götür velosipedi gəl, gəzək.

Nəsə. Mindim Qıratı, çıxdım yola. :) Uzun-uzadı gəzdik. Yolda dayanıb, nəfəs alaq dərkən, birdən aşağıdakı böcəkmi deyim, hörümçəkmi deyim, onunla qarşılaşdım.

IMG_20211012_162019.jpg

Böyüklüyü ovuc içi boyda idi. Vahiməli görüntüsü vardı və üstəlik necə də bərk qaçır ha. Təkcə şəkil çəkən vaxtı neçə dəfə üzərimizə cumdu. Çox da bərk qaçır deyə, dedik, bezdirməyək, sancar. :)

Kənddən də o qədər uzaqdayıq ki, day bizi sancsaydı, elə orda da ölüb qalacaqdıq ha, o dərəcə. Zəhərli olub-olmadığını belə bilmirdik. Düşünürəm ki, babat dişləməyi var. Zəhər məsələsin isə araşdıracam.

IMG_20211012_161920.jpg

Heç, ümumiyyətlə, hansı növ hörümçəko olduğunu belə bilmirəm. Elmi ədəbiyyatda yəqin bir adı var. Qrupdan bir nəfər dedi ki, biz buna Bö deyirik, nə deyirik. :D

Mən, açığı, adını bilmirəm. Özü də canıyanmışın elə rəngi var ki, bir dəfə gözdən itirdik, tapa bilmirdik. Elə bildik üstümüzə çıxıb. Çayırın üstünə çıxanda seçə bildik.

IMG_20211012_161925.jpg

Nə edəsən. Təkamül gərəyi o da bu cür bir kamuflaj üsulu seçib. Quşlardan qorunmaq üçün əla kamuflajı var. Heç bir metrdən biz tapa bilmirdiksə, quşlar necə tapsın. :)

Özü də bu hörümçəklərin çox böyük də yuvaları olur. Bir dəfəsində arx kənarında balıq tutarkən yuvasının üstündə də oturmuşdum. :D

IMG_20211012_161938.jpg

Böcək, həşərat aləmi ilə aram nə pisdir, nə yaxşı. Bu vaxta qədər bircə arılar, milçəklər və mığmığalara sinir olmuşam, o da sancmalarına yəni. :)

Hörümçəklərdən çəkinsəm də, çox şükür, dişləməyiblər. Misal, suda yaşayan canlıları çox sevirəm, əsas da ilanları. İlanlarla olan xatirələrimi danışsam, tükləriniz biz-biz olar. Kim bilir, bəlkə də, balıq bürcüyəm, ona görədir. :)

Oxuduğunuz üçün təşəkkürlər. Bilirəm, bir az tüklərinizi ürpərtdim. :D

Sort:  

Kəçmüröh))

 3 years ago 

Adıdır? )

 3 years ago 

Hansı növ olduğunu yalan dəyərəm.Amma,adətən, böyük ölçüdə olan hörümçəklər elə də zəhərli olmurlar.

Təkamüllə bağlayıram bunu da. Böyüklük zəhərə ehtiyacı azaldır

Coin Marketplace

STEEM 0.21
TRX 0.20
JST 0.033
BTC 94309.20
ETH 3080.15
USDT 1.00
SBD 2.99