"Qara qutu"🗃 || #club5050

in Steemit Azerbaijan☪✔3 years ago (edited)

Axşamınız xeyir steemitçilər. Yaxşısınızmı? Bugün sizlərə biraz "qara qutu" haqqında danışım. Eşitmiş olarsız bu anlayışı. Məncə hamıyada maraqlıdı ki, "qara qutu" niyə narıncıdı? Mənədə maraqlı gəlib həmişədən, yazım birlikdə örgənək məsələnin tamamını. Deməli birinci onu deyim ki, "qara qutu" əsasən uçuş zamanı baş verən hadisələri daha asan araşdırmaq üçün hava gəmisinə yerləşdirilmiş olan səs qeyd cihazıdı.

7be646.jpg
link

Fliight_recorder_from_TU-M3.jpg
link
Təyyarə qəzalarının və s nə səbəblə baş verdiyini bilmək üçün bu qutuda qeyd olunmuş səsləri dinləyirlər. Çox vaxt bəd xəbər daşıyıcısı olduğu üçün qutuya "qara qutu" adı verilib. Gəlin sizlərə bu anlayışın necə yarandığınıda danışım. 1953-cü ildə Britaniyaya məxsus sərnişin təyyarənin qəzaya uğraması böyük səs-küyə səbəb olur. Hətta bunu araşdırmaq üçün başqa ölkələrin mütəxəssislərini belə çağırırlar. Eh, halı ilə bu kimi qəzaların birdə yaşanmaması, yaşananların səbəbini örgənmək üçün birşeylər etməli idilər. Bunun üçün də, təyyarənin qəzasının səbəbinin araşdırılmasında iştirak edən mütəxəssis Avstraliyalı alim Devid Uorren, belə qəzaların səbəbini bilmək üçün sərnişin salonlarında səsləri qeydə alan bir cihaz quraşdırmaq fikrinə gəlir. Artıq 1956-cı ildə ilk "qara qutu" hazırlanmışdı. 1960-cı ildən isə artıq təyyarələrdə istifadə olunmağa başlayır.
Okay, bəs bu qədər qara qutu qara qutu deyirik, niyə qara qutu narıncı (və ya qırmızı) olur? Əvvəllər bu qutu təbii olaraq qara rəngdə idi. Amma sonralar qəza olandan sonra qutu düşdüyü yerdən tapılmırdı, çünki qaranlıq məkandan ya suyun altından seçilmirdi qara rəng. Buna görədə rəngini narıncı , qırmızı rəngə boyadılar. Bu qutular o qədər möhkəm olurlar ki, dənizə düşmüş bir təyyarənin qara qutusu 7 il tapılmış olsa belə içində qeydə alınmış səslərə qulaq asa bilmişdilər.

BN-HO782_0325fr_H_20150325082229.jpg
link Zərbə almış "qara qutu"nun son halı

Onlar istifadəyə verilməzdən qabaq sınaqdan keçirilirlər; "qara qutu"lar (bort qeydiyyat cihazları) 750 km/saat sürətlə beton divara çırpılmağa, ən azı beş dəqiqə ərzində 2,25 ton təzyiqə, ən azı bir saat ərzində 1100 dərəcəyə qədər temperaturlara tab gətirməli, suyun altında 6000 metrə qədər dərinlikdə qala bilməlidirlər. Buna görədə hətta neçə qəzaya düşmüş təyyarənin qəza səbəbini bu qutu ilə aşkara çıxara biliblər. Əsasən hava gəmisinin quyruq hissəsinə yerləşdirilir ki, qəza zamanı zərbə almaq yerinə dağıntıdan uzaq yerlərə düşsün.

1_lm.jpg

link

Bəs sizə maraqlı gəlirdi ki, "qara qutu"nun niyə narıncı olduğu, narıncı olduğu halda niyə qara deyildiyi, nə işə yaradığı? Sizi əziyyətə salmadım, mən araşdırıb yazdım sizlərçün😄. Belə, əziz steemitçilər. Bugündə maarifləndik çox şükür)) Bura qədər oxuduğunuz üçün təşəkkürlər, digər postlarda görüşərik , özünüzə yaxşı baxın!♡

Sort:  

Hello @alsum , your post has been supported by @zmoreno using @steemcurator07 account.

Thank you for making a post in the #Science/ #Computing/ #Technology category. We appreciate the work you have put into this post.

We have analyzed your post and come up with the following conclusion:

CriteriaRemarks
PlagiarismNone
Quality of InformationGood
Clarity of LanguageGood
#club5050/75/100Yes
#steemexclusiveNo
Final ConclusionNot Recommended
 3 years ago 

Thanks! I will try to write better in the next posts. 👍🏻

 3 years ago 

Maraqlı post idi. Yeni bir məlumat öyrənmiş olduq. Əllərinə sağlıq💫

 3 years ago 

çox sağol, başqa maraqlı postlarda gələcək💜

 3 years ago 

Çox əla postdur. Sevərək,oxudum. İlk başda təxmin etdim niyə narıncı rəng olmağını və düz də çıxdı. Qara qutunun material göstəriciləri həddən artıq yüksək səviyyədədir. Qəribədir ki, belə bir material əldə varkən ,gəmi kimi suda üzən mexanizmalara tətbiq edilmir.

 3 years ago 

Təşəkkürlər🤝🏻. Əhsən sizə, mənim ağlıma gəlməmişdi heç niyə narıncı olduğu. Düzdü bu sual çox ağla gəlir amma deyilir ki hava gəmisi və ya su gəmisinin tarazlıqda qala bilməsi üçün mümkün qədər yüngül materialdan hazırlanmalıdı. Ona görədə "qara qutu"nun hazırlandığı materialdan hazırlanmaları qeyri-mümkündü.

 3 years ago 

Materiala qalsa, hamısı ucuz məhsuldur. heç baxmırlar ağına bozuna. Materialşünaslıq oxuyanda anlamışdım niyə keyfiyyətin aşağı olduğunu 😂

 3 years ago (edited)

😂😂olsun, əsas pis hadisələr baş verməsin nədən düzəldirlər düzəltsinlər

 3 years ago 

Maraqlı məlumat oldu, təşəkkürlər.
Bəs görəsən niyə digər nəqilyat vasitələrində isdifadə olunmur ki. Həm də hava nəqilyatı bildiyim qədəri ilə bizə görə təhlükəli görünsə də ən təhlükəsiz nəqilyat vasitəsidir. Ondan çox yerdə olanlara lazımdı 😄

Niyə o qutudan BakuBusda yoxdur)))

 3 years ago 

Bus'ların qəza səbəbləri çox aydın olur məncə😄 ya diqqətsizlik , ya da başqa birşey. Amma təyyarələrin önündə bir əngəl yox, üstəlik havaya qalxmadan öncə tədbirləri çox diqqətli görürlər . Eh yəni də, qəza üçün çoxda bir səbəb yoxdu, qəza olursa da səbəbi araşdırılmalıdı hökmən. Deyə düşünürəm))

 3 years ago 

Oxuduğunuz üçün siz sağolun. Digər nəqliyyat vasitələrini bilmirəm ama araşdıranda belə birşeyə rast gəldim ki, təyyarələrdə və s. ona görə istifadə olunmur ki , təyyarələrin havada uzun müddət qala bilmələri, uzun məsafələri az yanacaqla qət edə bilmələri yüngül materialdan hazırlanmış olmasına bağlıdı. Məlum məsələdir ki qara qutular yüngül materialdan hazırlanmır, təyyarələr hazırlansa yaxşı şeylər baş verməz))

 3 years ago 

Çox möhtəşəm. Təkrar Biliyin anasıdır... Deyiblər. Bildiklərimi təkrarladım. Sənədli filmləri xoşlayanam. Qara qutu haqqında sənədli film izləmişəm. Yenə də çox möhtəşəm. Bu arada dəstək aldığınız üçün təbrik edirəm. Nəaliyyətlərinizin davamı gəlsin. AMİN İNŞƏƏALLAH🤲

 3 years ago 

Elə filmlərin olduğunu bilmirdim, məndə izləmək istəyərəm maraqlı gəlir mənədə. Çox sağolun dəstəyiniz üçün 👍🏻🤝🏻

 3 years ago 

Türkcə belgesel filmlər deyilir. Burada heyvanlar aləmi, ixtiralar, baş vermiş hadisələrin araşdırılması və s. bu tipli çəkilişlər

Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.028
BTC 57574.67
ETH 2368.94
USDT 1.00
SBD 2.42