"Gənc Nəsil"👥

in Steemit Azerbaijan☪✔3 years ago (edited)
Salam Steemitçilər! Necəsiz? Həyatınız necə gedir? Bugün biraz "indiki nəsil"dən danışaq. Hansı ki ,yaşlı nəslin heç vaxt bəyənmədiyi, hər zaman bir səhv axtarmağa çalışdığı nəsil. Onlara görə indiki nəsil həmişə biraz "şey"di. Gənc nəslə hər zaman bir kin bəsləmə dərdindədirlər sanki. "Mən o vaxt belə deyildim, belə davranmırdım, indikilər bir qəribədilər, dəyişikdilər".

Screenshot_20220123-191747_Instagram.jpg
link

Doğrudu, dəyişmişik. Çünki zaman, şərtlər fərqlidi. Onlarıda anlıyıram əslində, onların vaxtında hərşey daha fərqli idi. Ancaq bizləridə anlamalı, öz vaxtlarını xatırlayıb, gənc nəslə bəzi şeyləri diktə etmək yerinə, onları başa düşməyə çalışmağa məcbur etsələr daha güllük gülüstanlıq olar həyat :) . Ama digər tərəfdən də, gənc nəsli hər zaman dəstəklədiklərini deyirlər. Eh, insanoğlunun fikirləri bəzən irrasionaldı. Mən bu fikirlərin əsasının qismən qorxudan irəli gəldiyini düşünürəm. "Birdən məndən daha yaxşı olarlar, doğrularımı silbaşdan birdə sorğulamalı olaram" və sairə kimi fikirlər. Sadəcə həmin dövrün şərtlərinə uyğun hərəkət edir hərkəs. Düşünsələr, bizdən asılı birşey yoxdu əslində. Zamanın şərtləridi hamsı. Məni soruşsaz, düzü, bütün səmimiyyətimlə indiki nəslə güvənirəm. Bu dünya üçün gərəkli nə varsa hamısının bizdən çıxacağına inanıram. Çürüklər hər zaman var ama üstünlük bizlərdədi :) Sadəcə özünü başa salmağa çalışılan nöqtədən , başa düşməyə çalışan nöqtəyə gəlmək biraz əziyyətlidi. İnanıram, birlikdə olmağı örgəndiyimiz zaman dünyanı daha da gözəlləşdirmək qaçılmazdı. Gənclərə dəstək verin, nə qədər özümüz bacara bilsəkdə çox şeyi, sizlərin yada başqalarının dəstəyi bizlərə motivasiya verər. Dəstəyini əsirgəməyin gənc nəsildən. Onları öz
nəslinizə görə deyildə, indiki nəslə görə qiymətləndirin.
Özünüzə yaxşı baxın. Anlayışlı qalın!

Screenshot_20220123-193731_Instagram.jpg
link

Sort:  
 3 years ago 

BgxWBRxjvNhnbM9DiyHtCptYaDNF3xx85r8if8spuMjfmZw6Y1BTXTKbUyKJRfTsGo9T75LFspFsdQ4gq7XVwTq2CzzcNq9RgTdPfXW7sP2DtU9FGdBSdXKP9f7BonanUiAtaUQR115fMu8Dnf2Xze4vUwpa2CBvntbQ43n2i4DzDZp.jfif

Övladlarınızı dövrünüz üçün deyil, onların dövrü üçün yetişdirin! (Hz.Əli (s.ə.s.))
Gözəl post idi, Alsu. Toxunduğun mövzu olduqca aktualdır👌🏻

 3 years ago 

Doğrudu, insanın həyatdan geri qalmamasının yetişdirilmə şəklinə çox təsiri var. 😊

Gözəl nəsillərin yetişdirilməsi ümidi ilə🤝🏻

Genclere birazda olsa destek verseler , şerait yaratsalar qabağa getməkləri üçün, arxalarında dursalar geleceyi qurtaracaq Z neslidir.♥️

 3 years ago 

Eynən, dəstək olsalar , bizlərdə dünyanın daha yaşanılacaq yerə dönməyi üçün çalışarıq🙂

Coin Marketplace

STEEM 0.17
TRX 0.16
JST 0.029
BTC 60754.63
ETH 2349.52
USDT 1.00
SBD 2.53