Yarmarkada
Hər vaxtınız xeyirli olsun.
Bu gün yanvar ayının biridir. 2022-ci ilin ilk günüdür. Gəzməyə çıxdıq, gəldik yarmarkaya. Basabas, səs-küy, aləm qarışıb bir-birinə. Hərə bir şey satır. Qiymətlər də çox bahadır. Elə bil gəzməyə yer yox idi, gəlib girdik bu basabasa.
O qədər sıxlıqdır ki, qalmışıq yarmarkanın ortasında. Birtəhər çıxışa tərəf getməyə başladıq. Nə isə çıxışda bir oğlanın saatı ilişdi qızın saçına. Bu basabasda bircə bu çatmırdı. Kök bir qadın yolun yarısını tutub. Qısası vəziyyət "ruscadir."
Birtəhər yarmarkadan çıxdıq. Bura niyə gəldiyimizi özümüz də bilmirdik. Bir neçə şəkil çəkdim ki, bu əhvalatı paylaşım.