Günahkar kimdir?

Bizim hürr iradəmiz varmı?
Etdiyimiz işin günahkarı Allahdırmı? Biraz uzun olacaq, amma oxumağınızı xahiş edirəm.

20211208_201348.jpg

➡️ Misal üçün deyək ki, bir sinifdə 20 uşaq var. Müəllim sinifdəki bu 20 uşağa 1 il boyunca dərs verir, və sınaq imtahanından əvvəl hansı uşaqların imtahanı keçib, keçməyəcəyini bilir. Bəs bu müəllim necə qabaqcadan bildi? Çünki imtahanı keçəbiləcək uşaqlar, müəllimin verdiyi tapşırıqları yerinə yetirir, daha çox çalışırdı. Digərləri isə dərsə gəlmirdi, oxumurdu. Beləcə müəllim gələcəyi proqnozlaşdırır, və sınaq imtahanı günü çatır. İmtahan keçirildiyində də, çalışqan olanlar imtahanı keçir, tənbəllərsə sinifdə qalır.

❓ Sizcə, imtahanı keçə bilməyən sinifdə qalan uşaqlar müəllimi günahlandıra bilərdimi? Və ya "siz mənim imtahanı keçə bilməyəcəyimi düşündüyünüz üçün sinifdə qaldım" deməyə haqqları var idi? Əlbəttə ki, günhakar tənbəl uşaqlar idi. Dərslərə gəlsəydilər, hazırlaşsaydılar imtahanı keçərdilər.

☪️ Buna oxşar olaraqda Allah insanlara şüur, hürr iradə verib, və bizlərə nəyin doğru, nəyin səhv olduğunuda söyləyib. Amma seçim sizindir.

▶️ Misal üçün qarşınızda 4 yol olduğunu düşünün. A,B,C,D. Və siz istədiyiniz yolu seçə bilərsiniz. Tutaq ki, B yolu ilə getməyi seçdiz. Allah əvvəlcədən bilirki, siz o 4 yola gəldiyinizdə B-ni seçəcəksiz. Bu səbəblə Allah sizin haqqınızda filankəs B yolunu seçəcək yazır.

✖ Yəni Allah B yolunu yazdığı üçün siz o yolu seçmirsiz. Siz o yolu seçəcəyiniz üçün Allah bunu əvvəlcədən yazır. Çünki Allah geniş elmi, sayəsində sizin o yolu seçəcəyinizi bilir. Bilməsəydi Allah olmazdı.
⚠️ O bizə hürr iradə, şüur verdiyi üçün qərarları bizim qəbul etməyimizə icazə verir.

Allah Mülk surəsi 2-də buyurur:
✅ "O, hansınızın daha gözəl əməl işləyəcəyini sınamaq üçün ölümü və həyatı yaratdı."

🔄 Bu dünya imtahandır. Allahda bizə qaydaları verib və yol göstərib. Amma bizə hürr iradə verib ki, həyatı istədiyimiz şəkildə yaşayaq. Və seçimlərimizə görə bizi mükafatlandıracaqdır.

Sort:  
 3 years ago 

Doğrudur.Felsefe muelimine mende demisdim bizim seçdiyim yolu Allah bilir ve alin yazi odu. Ela post

Təşəkkürlər

 3 years ago 

Bu mövzu son günlər niyə tez-tez qarşıma çıxır?)
Qurana görə, hətta insan doğulmamışdan qabaq da gələcəkdə hansı yolu seçəcəyi Allaha bəllidir. Dəhşətli ayədir, hansı surədə olduğunu unutmuşam) Gərək yenidən baxım.

Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.028
BTC 58015.02
ETH 2381.83
USDT 1.00
SBD 2.42