Dünyanın ən etibarlı kriptovalyutası yaradılır: ECO nədir?

in #coin7 years ago

Kamp “ECO” adını verdiyi kriptovalyutanın ilin sonunda bazara çıxarılacağını bütün gündəlik əməliyyatlarda istifadə edilməyə uyğun olduğunu qeyd edib.

Son vatlar mətbuatda Kampın “Uber”-dəki fəaliyyətini müvəqqəti olaraq dayandırması və “ruhunu yenidən kəşf etmək üçün” Afrikanı dolaşdığı deyilirdi. Ancaq onun yeni kriptovalyuta üzərində çalışdığı ortaya çıxxdı. ECO-nun Ethereum və Bitcoin kimi kriptovalyutalarda olan problemləri həll edəcəyi düşünülür.

Hələlik yalnız hazırlıq mərhələsində olan layihə üçün Kamp kriptovalyuta mütəxəssisi və Blockchain tədqiqatçısı axtarır. Kodlaşdırma peşəkar qrup formalaşdırıldıqdan sonra başa çatacaq. Kampdan niyə bu addımı atması soruşulduqda, o, belə cavab verib:

“Kriptovalyutalara dair araşdırmalarım dərinləşdikcə, böyük miqdarda kriptovalyuta almaq istəyim azalırdı. Fərqli bir fəlsəfi baxışa malik və universitetlər, elm insanları və tədqiqat institutlarının iştirak etdiyi yeni bir layihə hazırlamağın daha yaxşı fikir olduğuna qərar verdim”.

ECO və vədləri

ECO “whitepaper”-nin ilk versiyası nümayiş olunub. “Whitepaper”-də ECO-nun əsas funksiyalarından və kriptovalyuta dünyasının bir neçə əsas probleminə gətiriləcək həllərdən bəhs olunur. ECO-nun söz sahibi olduğu sahələrə nəzər salaq.

Təhlükəsizlik. Dərc olunan “whitepaper”-ə görə, ECO platformasında əməliyyatların təsdiqi “təsdiqlənmiş qovşaqlar” tərəfindən həyata keçiriləcək. Hal-hazırda Bitcoin şəbəkəsində qovşaq işlədən şəxslər əməliyyatlarını müstəqil şəkildə təsdiq edə bilirlər. ECO-dakı dollar konvertasiyası nisbəti də çox aşağı olacaq.

Əlaqə və istifadə. Həm kompüter, həm də smartfon tətbiqlərində aktiv olan ECO istifadəçilərinə yüksək səviyyədə xidmət vəd edir. Adi sahibkar da ECO-da axtardığını tapa biləcək.

Bundan əlavə, ECO ekosistemində mədənçilərə yer yoxdur. Dolayısıyla, layihə başlanğıcdan etibarən ətraf mühit və enerji səmərəliliyi ilə diqqət çəkir.

Gələcək planlar: ECO yol xəritəsi

Layihənin rəhbəri Qaret Kampın əsas planı ilk qovşaqların düzgün işlədilməsini təmin etmək və qovşaqların gücünü müəyyən etməkdir. Kamp bu istiqamətdə dünyanın ən nüfuzlu universitetləri və blockchain tədqiqat institutları ilə əməkdaşlıq etməyi planlaşdırır. Bundan əlavə, platformada təşviq / mükafat modeli qəbul ediləcək. Buna görə, ECO qovşaqlarının maliyyə əməliyyatlarından yaranan bloku hər təsdiqləndiyi zaman qovşaq (node) sahibi istifadəçi mükafatı qazanacaq.

ECO Bitcoin-i geridə qoya bilərmi?

Çoxları ECO-nun nə dərəcədə uğurlu olacağını və Bitcoin ilə müqayisədə necə təsir bağışlayacağını düşünür. Platformanın başlanğıc olaraq yaxşı təsir bağışladığını söyləyə bilərik. “Uber” kimi inqilabi xüsusiyyəti olan bir platformanın yaradıcılarından biri Qaret Kampın layihəyə rəhbərlik etməsi şübhəsiz ki, ECO-ya xüsusi maraq oyadır. Ancaq 2009-cu ildən bu yana çoxlarının öz kriptovalyutasını yaratdığının şahidi olduq və onların əksəriyyəti yalnız müəyyən bir kütləyə xitab etdi. Ancaq bu, digərlərindən fərqlənir.

Hər şey planlaşdırıldığı kimi getsə, 2019-cu ilin əvvəlində ECO-nun test şəbəkəsi fəaliyyətə başlaya bilər. Səbrsiz investorlar indidən şirkətin veb saytındakı qeydiyyat formasını dolduraraq istədikləri istifadəçi adını seçə bilər və pulsuz token qazana bilərlər.

Coin Marketplace

STEEM 0.20
TRX 0.26
JST 0.040
BTC 101672.76
ETH 3666.48
USDT 1.00
SBD 3.15