Gürcü şəlaləsi

in #az4 years ago

Ağsu dedikdə bir çox Azərbaycanlının ağlına quraq torpaqlar,istidən saralmış ərazilər gəlir. Məndə Azərbaycanın Ağsu şəhərindəki bu gözəl yerə gedənə kimi eyni düşüncədəydim. İş üçün səfərdə olduğum Ağsu şəhərinin Dilman kəndində türk turistləri gördükcə təəccübləndim. Və kənd sakinlərindən bu turistlərin bura nə üçün gəldiyini soruşdum. Sən demə bu kənddə xarici turistlərin bildiyi ancaq bir çox azərbaycanlının xəbərsiz olduğu Gürcü şəlaləsi var. Meşənin dərinliklərində,dağların arasından axan 18 metrlik çılğın bir şəlalə.

IMG-20210520-WA0028.jpg

Əgər sizdə təbiətdən zövq alan birisinizsə mütləq bura səfər etməlisiniz. Ancaq bu gözəlliyi görmək üçün uzun,yorucu dağ yolunu keçməlisiniz.
Xoş gəzintilər..

Sort:  

Miri, bura Ağsunun ərazisi kimi ola bilər, amma zona olaraq Şamaxı-İsmayıllı-Qəbələ kimi gedir. Məsələn, Kalva kəndi kimi. Ağsu rayonuna sonradan verildi. Əvvəllər İsmayıllıya aid idi. Dedilər, ayıbdı, bir -iki sərin yer olsun rayonda and içməyə.

Hə sonradan verilməsi bəlli olur zatən)
Xəritədə də baxanda görmək olurki İsmayıllı vı şamaxının arasına sıxışdırılaraq salınıb

Bu arada blyo və patinkalardan Qarabağın ətri gəlir))

Qazandığımız qələbədən mənə catan bular oldu

miri mezuniyet çıxım gedek gezek oraları

İnşallah. Nə vaxt isdəsən

menide aparın 🤗

Coin Marketplace

STEEM 0.21
TRX 0.27
JST 0.040
BTC 102419.62
ETH 3707.14
USDT 1.00
SBD 3.24