Artur Konan Doyl
Yəqin ki, Şerlok Homsu tanımayan yoxdur. əlbəttə yazıçısı Artur Konan Doyl da həmçinin çox tanınır. Şerlok Homsun dostu Uotsonun da dediyi kimi sanki Şerlok Holmsun dedektivlik qabiliyyəti sanki mətiq deyil hansısa bir sehrdir. Amma etiraf etmək lazımdır ki, onun çıxardığı nəticələr doğrudan da məntiqlidir. Əgər diqqət etmisinizsə Şerlok Homsun demək olarki apardığı bütün işlər əvvəlcə mistika kimi görünür. Amma hər dəfə bütün işlərin altından "insan əli" çıxır.
Şerlok Homs ingilis yazıçısı Artur Konan Doylun (1859-1930) yaratdığı xəfiyyə obrazıdır. Bu obrazın prototipi tibb məktəbində oxuyarkən Konan Doyla dərs demiş ekssentrik doktor Cozef Bell olmuşdur. Holmsun məşhur deduksiya qabiliyyəti də Bellin xəstələrin diaqnozunu müəyyənləşdirmək üçün istifadə etdiyi qeyri-adi metodlardan yaranıb.
Şerlok Holmsun əksər macəraları onun dostu doktor Uotsonun dilindən təsvir edilir. Ümumilikdə Konan Doylun qələmindən 4 belə povest və 56 kiçik hekayə çıxıb ki, onlar da Holmsun 1878-1914 -cü illərdəki fəaliyyətini əhətə edir.
Şerlok Holms obrazı bütün dövrlərin ən çox ekranlaşdırılmış obrazlardan biri sayılır. Belə ki, Holms haqqında indiyə qədər 200-dən çox film çəkilib.
Şerlok Holms obrazının məşhurluğu və oxucu kütləsi üzərində təsiri o qədər böyük idi ki, Konan Doylun ölümündən sonra da müxtəlif yazıçılar Holmsu öz əsərlərinin qəhrəmanı seçməkdə davam edirdilər. Bunlardan biri də yazıçının oğlu Adrian Konan Doylun (1910-1970) Con Dikson Karr (1906-1977) ilə birlikdə qələmə aldığı "Şerlok Holmsun macəraları"dır.
My source is book: Stories of Artur Konan Doyl
Posted using Partiko iOS
You just planted 0.05 tree(s)!
Thanks to @mahir12
We have planted already 3378.19 trees
out of 1,000,000
Let's save and restore Abongphen Highland Forest
in Cameroonian village Kedjom-Keku!
Plant trees with @treeplanter and get paid for it!
My Steem Power = 25452.30
Thanks a lot!
@martin.mikes coordinator of @kedjom-keku