investor

in #az7 years ago (edited)

Yaponiyada iki investisiya qrupu gələn ay yeni bir qurumun yaradılmasında iştirak edəcək.
“Nikkei Asian Review” xəbər agentliyinin məlumatına görə, yeni qurum Yaponiya Maliyyə Xidmətləri Agentliyi (FSA) ilə əməkdaşlıq edəcək və ölkədəki kriptovalyuta bazarının tənzimlənməsində məsuliyyət daşıyacaq.

Yaponiyanın “Coincheck” birjası yanvarda kiber hücuma məruz qaldı və birjadan 534 milyon dəyərində NEM oğurlandı. Bu, “Mt. Gox”-dan sonra ikinci ən böyük kriptovalyuta oğurluğu oldu. Hücum hadisəsinin birjanın NEM elektron pulqabı depolarının kifayət qədər etibarlı olmamasına görə reallaşdığının ortaya çıxması FSA-nı hərəkətə keçirdi. Agentlik “Coincheck”-in də aralarında olduğu 15 qeydiyyatsız kriptovalyuta birjasında ciddi arraşdırma aparacağını bildirib.

Qurumun yaradılmasında iştirak edən qruplardan biri Yaponiya Kriptovalyuta Əməliyyatları Birliyidir (JCBA). 16 qeydiyyatdan keçmiş kriptovalyuta birjası qrupun üzvüdür. “Nikkei Asian”-ın verdiyi xəbərdə birjaların bütün bazar üçün “investorun təhlükəsizlik standartları” üzərində işləyəcəyi və bu istiqamətdə bir ICO təlimatı hazırlayacağı qeyd olunub.

“Money Partners Group” və JCBA-nin rəhbəri Tayzen Okuyamayeni yaradılan qurumun ən nüfuzlu şəxsi olacaq. Okuyamanın fikrincə, təşkilatın əsas məqsədi bütün kriptovalyuta bazarını “özü özünü tənzimləyə bilən” hala gətirməkdir. Təşkilatın sədr müavini Tokioda yerləşən kriptovalyuta birjası “bitFlyer” və Yaponiya Blockchain Assosiasiyasının (JBA) rəhbəri Yuzo Kano olacaq.

Fevralın ortasında Böyük Britaniyada da oxşar addım atılmışdı. 7 böyük kriptovalyuta şirkəti Böyük Britaniyanın kriptovalyua bazarını özü özünü tənzimləyəcəyini təmin etmək üçün güclərini birləşdirdi.

Coin Marketplace

STEEM 0.17
TRX 0.15
JST 0.029
BTC 56832.31
ETH 2344.40
USDT 1.00
SBD 2.43