Çin kriptovalyutalara növbəti zərbəni vuracaq
2017-ci ildə qızıl dövrünü yaşayan kriptovalyutalar demək olar ki, hər ay yeni rekorda imza atırdılar. Ancaq kriptovalyutalara sərt münasibət göstərən ölkələrdən olan Çinin kriptovalyutalar, birjalar və ICO-ları qadağan etmək üçün tədbirlərə başlamasıyla hər şey dəyişdi.
Hələ də sərmayə qoymağa davam edən investorlar olsa da, Çin hökuməti rəqəmsal valyutalara qarşı addımlarını davam etdirir. Bir neçə ay əvvəl milli pul vahidi ilə kriptovalyuta ticarətini qadağan edən hökumət rəqəmsal mədənçilik fəaliyyətlərinə öldürücü zərbəni vurmağa hazırlaşır.
Çində Bitcoin ilə bağlı hər şey əngəllənib – xüsusilə Bitcoin mədənçiliyi. Lakin ölkənin sahib olduğu böyük kömür ehtiyatlarına görə elektrikin ucuz olması bəzi mədənçiləri bundan yararlanmağa sövq edir.
Keçən həftə Tianjin şəhərində polis 600 mədənçilik avadanlığını müsadirə etmişdi. Bir neçə nəfər nəzarətə götürülmüşdü.
Çinin kriptovalyutalara, birjalara və mədənçilik fəaliyyətinə münasibəti dəyişməyəcək
Proseslərə nəzər salsaq, Çinin bu sahədəki mövqeyinin dəyişməyəcəyini söyləmək olar. Xarici birjalar vasitəsilə sərmayə yerləşdirən Çin vətəndaşları daha çoxdur. Görünən odur ki, kriptovalyutalarla bağlı ciddi nəsə baş verməsə, ölkənin qərarı olduğu kimi qalacaq.
Mənbə: http://kripto.az
Congratulations @istifadeci! You received a personal award!
Click here to view your Board of Honor
Congratulations @istifadeci! You received a personal award!
You can view your badges on your Steem Board and compare to others on the Steem Ranking
Vote for @Steemitboard as a witness to get one more award and increased upvotes!