Dil yarası

in #az7 years ago

O qəlbləri əvvəlki vəziyyətinə gətirmək olmur...

Atası bir gün əsəbi oğluna bir taxta parçası və bir mismar verib: “Oğlum, hər dəfə əsəbiləşib ətrafına zərər verəcəyini anlayanda əsəbini məğlub edib, bu taxtaya bir mismar vur”, - deyə tövsiyə edir. Övlad ilk gün həmin taxtaya otuz mismar vurur. Bu minvalla günlər ötür. Taxtaya vurulan mismarların sayı isə gün keçdikcə azalır. Axırda vəziyyət elə olur ki, artıq oğlan taxtaya heç mismar vurmur.

Bir gün yenə atası övladını yanına çağırır və deyir: “Oğlum, bundan sonra əsəblərini cilovladığın hər gün həmin taxtadan bir mismar çıxar”. Oğul atasının dediyi kimi edir. Artıq taxtada bir dənə də mismar qalmamışdı. Ancaq taxta dəlik-deşik olmuşdu. O taxtanı əlinə alan ata: “Bax, oğlum, bu taxta parçası bundan sonra əvvəlki kimi hamar və gözəl olmayacaq. Çünki o zədələnib. Sən də hər dəfə əsəbiləşəndə və ətrafındakıların xətrinə dəyəndə onların da qəlbləri bu taxta kimi zədələnir. Əsəblərin soyuduqdan sonra da o qəlbləri əvvəlki vəziyyətinə gətirmək olmur”...

Sort:  

Congratulations! This post has been upvoted from the communal account, @minnowsupport, by vermute from the Minnow Support Project. It's a witness project run by aggroed, ausbitbank, teamsteem, theprophet0, someguy123, neoxian, followbtcnews/crimsonclad, and netuoso. The goal is to help Steemit grow by supporting Minnows and creating a social network. Please find us in the Peace, Abundance, and Liberty Network (PALnet) Discord Channel. It's a completely public and open space to all members of the Steemit community who voluntarily choose to be there.

Coin Marketplace

STEEM 0.24
TRX 0.25
JST 0.040
BTC 94004.36
ETH 3396.42
USDT 1.00
SBD 3.34