Şəkilsiz, Bərsiz–bəzəksiz, düm–düz
Bir ağ yalan uydur hərdən özünə
"Bu dünya necədə gözəldi" denən.
"O daşa dirənmiş işim vardı haa...
O da ki, bu sabah düzəldi denən.
Hər gün hava kimi dönər əhvalın,
Can çarmıxa çıxar, qaralar qanın.
Soruşan olsa ki, "nədir bu halın"?
Denən "sənlik deyil, özəldi" denən.
Aldanıb dünyanın boş urvatına,
Minərsən cinlərin cinli atına.
Görsən ki, alınmır, yeddi qatına...
Lap zappa zatına nə gəldi denən .
H.F
Sonuncu misra təsəlli olsa da, rahatladır)
Sizinlə eyni fikirdəyəm. Elə bil hardasa "ürəyi boşaltmaq" kimi bir şeydi.))