Enerjimizi itirdiyimiz və yığdığımız anlar

in Steemit Azerbaijan☪✔4 years ago

cmum.jpg

Rus psixoloqu Yuliya Minakova maraqlı məsələyə diqqət çəkib:

Hansı hallarda enerjimizi itiririk və ya hansı hallarda yığırıq?

Enerjimizi itirdiyimiz anlar:

  1. "Xeyr" demək istədiyimiz zaman "Bəli" deyirik.

  2. Ağlamaq əvəzinə gülümsəyirik.

  3. İstirahət etmirik.

cmum.jpg

  1. "Hansı işıqlı hədəfə görə mən buna dözürəm?" demək əvəzinə bizə xoş olmayan vəziyyətə dözməyə özümüzü məcbur edirik.

  2. Qarşı tərəfə istəyimizi bildirmək əvəzinə inciyirik, küsürük.

  3. Öz işimizlə məşğul olmuruq.

cmum.jpg

  1. Qarşımızdakı insan maraqsızdır, amma biz hansısa səbəbdən onunla ünsiyyətə davam edirik.

  2. Ətrafımızdakı insanlar zamanın çox hissəsini neqativ danışırlar.

cmum.jpg

  1. Çox zaman siyasət, yollarda tıxaclar, kommunal xidmətlər haqqında danışırıq.

  2. Qeybət edirik. Başqalarının yaşayışı haqqında çox və emosional danışırıq.

  3. Maraqsız və bezdirici iş üzərində çalışırıq.

  4. Qorxuruq.

  5. Gözləyirik ki, kimsə (Şaxta baba, şahzadə, milyonçu) gələcək və həyatımızı dəyişəcək.

  6. Özümüzü danlayırıq, nalayiq, bacarıqsız, uğursuz hesab edirik.

Enerjimizi yığdığımız anlar:

  1. Yeni insanlarla tanış oluruq.

  2. Yeni biliklər öyrənirik.

  3. Səyahət edirik.

  4. Qorxularımızı aşırıq.

cmum.jpg

  1. Bizə yeni olan nəyisə yoxlayırıq.

  2. Məqsədsiz gəzintiyə çıxırıq (bura mağaza və ya alış-veriş gəzintisi daxil deyil).

  3. Yaradıcılıqla məşğul oluruq.

cmum.jpg

  1. Xoş insanlarla ünsiyyət saxlayırıq.

  2. Bizi dəstəkləyən və gücümüzə inanan insanlarla ünsiyyətdə oluruq.

  3. Bədənimizə qulluq edirik.

  4. Yaşayış yerimizi artıq əşyalardan azad edirik (yeni təmir)

cmum.jpg

  1. Emosional sahəmizi azad edirik (bizi incidən insanları bağışlayıb sağollaşırıq).

  2. "Xeyr" demək istədiyimizdə xeyr, "Bəli" demək istədiyimizdə bəli deyirik.

  3. Ürəyimizin səsini dinləyirik.

Psixoloq Yuliya MİNAKOVA

Tərcümə: Ceylan MUMOĞLU

Enerjimizi itirdiyimiz və yığdığımız anlar

Coin Marketplace

STEEM 0.16
TRX 0.25
JST 0.033
BTC 94161.75
ETH 2528.28
SBD 0.66