Elnurə Eldarova - "Olum ya ölüm?!"

in Steemit Azerbaijan☪✔4 years ago

hamlet.png

Bəşər yarandıqdan bu günə kimi həyatda var olmaq insanın əsas problemlərindən olmuşdur. Qüsurlu varlıq olan insan həyatda var olarkən nələrlə, hansı hadisələrlə üzləşir və bu hadisələr qarşısında o hansı həddə çatır. Ümumən olmaq və olmamaq anlayışı və bunun kimi həyatla bağlı məqamları Şekspir “Hamlet” əsərində ortaya qoymuşdur. Bunları müəllif əsərin əsas qəhrəmanı Hamletin taleyi ilə göstərməşdir. Hamlet ziddiyyətli obrazdır. Atasını itirən Hamlet dərin kədər içərisindədir. Onu atasının ölümü ilə yanaşı anasının əmisi ilə evlənməsi sarsıdır. Hamlet atasının əmisi tərəfindən qətlə yetirildiyi həqiqətini öyrəndikdə isə onda kin, qəzəb və intiqam duyğusu baş qaldırır. Hamlet bu duyğularla nəcib insan olmaqdan çıxıb intiqam eşqi ilə yanan insana çevrilir. Hətta əsərin əvvəlində Hamletin Ofeliyaya qarşı müəyyən hislərinin olduğunu görürük. Lakin intiqam hissi Hamletin qəlbindəki gözəl duyğuların istiqamətini dəyişir. İntiqam və qəzəb hissi Hamleti qatil edir. O, Polonini qətlə yetirir. Hamlet qatil olmaqla öz faciəsini dərinləşdirir. Biz H.Cavidin İblisində də eyni durumla qarşılaşırıq. Arif mənfi duyğuların əsirinə çevrilib qatil olur. Nəticədə Hamlet özünü olum ya ölüm tezisinin içərisində tapır. Hamlet üçün dünya həbsxanadır, Danimarka isə onun ən iyrənc bir guşəsidir. İnsanların mənəviyyatca aşağı olması onu olum və ölüm arasında qoyur.
Əsərdə olum və ölümlə bağlı ən gözəl səhnə mənə görə Hamletin məzarlıqda olan çıxışıdır. “İndi buyur, bir kübar xanımın bəzək otağına get, ona de ki, onun da koppuş al yanaqları nə vaxtsa bu kökə düşəcək. İnsan necə də miskinləşə bilərmiş, Horatsio! Bəşər övladının aqibəti budursa, onda böyük İsgəndərin cəsədi çürüyüb kaşı şərab kuzəsinin ağzına tıxac ola bilməzmi?” Bu səhnə ilə Şekspir bu cür ədalətsiz bir mühitdə insanın olum və ölüm arasında qalıb bunlardan ölümün bayağı mühitdə yaşamaqdan üstün olduğu qənaitini sanki anladır.
Şekspir məhz Hamlet əsəri ilə oxucuya intiqam hissinin insanın faciəsinə çevrildiyini Hamletin timsalında göstərir. Olum və ölüm tezisi də məhz intiqamın əsasında yaranır. Hamlet bu ikisi arasında get gəldə qalır. Və Müəllif hər şeyi bir qırağa qoyub intiqam hissi, mənfi duyğulardan uzaq olmağı Hamletin faciəsi ilə bizə aşılayır. Əsərin sonunda Şekspir bir növ ədaləti bərpa etməyə çalışır. Fortinbras Danimarkanı özünə tabe edir.

Elnurə Eldarova
Xəzər Universiteti
Filologiya (Azərbaycan dili və Ədəbiyyatı)
4-cü kurs tələbəsi

Coin Marketplace

STEEM 0.16
TRX 0.24
JST 0.033
BTC 94350.83
ETH 2509.73
SBD 0.67